CIPS Level 4 – Satınalma və təchizat üzrə diplom
CIPS haqqında
CIPS (Chartered Institute of Procurement & Supply) satınalma və təchizat sahəsində beynəlxalq səviyyədə tanınan peşəkar təşkilatdır. CIPS kvalifikasiyaları satınalma mütəxəssislərinin bilik və bacarıqlarını sistemli şəkildə inkişaf etdirməyə, peşəkar standartları mənimsəməyə və karyera imkanlarını genişləndirməyə yönəlib.
SCM by BMS – Rəsmi CIPS Tədris və İmtahan Mərkəzi
Kvalifikasiya haqqında
Proqram kimlər üçündür? (Who is it for?)
Bu kvalifikasiya satınalma və təchizat sahəsində karyera qurmaq istəyən, əməliyyat funksiyalarında çalışan, həmçinin satınalma fəaliyyətini idarə edən və ya ona nəzarət edən mütəxəssislər üçün uyğundur.
Nələri öyrənəcəksiniz? (What will I learn?)
Proqram iştirakçılara satınalma və təchizat proseslərini təhlil etmək, praktiki və nəzəri bilikləri iş mühitində tətbiq etmək, mürəkkəb və qeyri-standart problemlərə yanaşmaq və satınalma qərarlarının nəticələrini qiymətləndirmək bacarıqları qazandırır.
Qəbul tələbləri (Entry Requirements)
İmtahan formatları
Tədris və hazırlıq müddəti
Total Exam Time: 15 saat
Bu göstəricilər ayrı-ayrı modullara deyil, bütövlükdə Level 4 kvalifikasiyasına aiddir.
Məcburi modul · 6 kredit · 60 saat ümumi öyrənmə müddəti · CR imtahanı: 1.5 saat
L4M2 — Biznes ehtiyaclarının müəyyənləşdirilməsi
Modul haqqında
Bu modul təşkilatın satınalma ehtiyaclarının düzgün müəyyənləşdirilməsinə, satınalma üçün biznes əsaslandırmasının hazırlanmasına, təchizat bazarlarının təhlilinə və texniki spesifikasiyaların formalaşdırılmasına yönəlib.
Tədris proqramı
1. Satınalma ehtiyacları üçün biznes əsaslandırması
1.1. Biznes ehtiyaclarının satınalma qərarlarına təsiri
1.2. Xərclərin və qiymətlərin qiymətləndirilməsi
1.3. Biznes əsaslandırmasının meyarları
1.4. Maliyyə büdcələri və xərc modelləri
2. Satınalma və təchizat bazarlarının idarə edilməsi
2.1. Müxtəlif bazarların xüsusiyyətləri
2.2. Rəqabət qüvvələri
2.3. Xərc və qiymət məlumatları
3. Satınalmada spesifikasiyalar
3.1. Spesifikasiya növləri
3.2. Spesifikasiyanın strukturu
3.3. Qeyri-dəqiq spesifikasiyaların riskləri
3.4. Spesifikasiyaların təkmilləşdirilməsi
Nəticə
İştirakçılar biznes ehtiyaclarını satınalma tələblərinə çevirməyi, xərcləri qiymətləndirməyi və effektiv spesifikasiyalar hazırlamağı öyrənirlər.
Təlim cədvəli qrup yigilanda sizə məlumat verilir. tercume edek