CIPS Level 4 – Satınalma və təchizat üzrə diplom
CIPS haqqında
CIPS (Chartered Institute of Procurement & Supply) satınalma və təchizat sahəsində beynəlxalq səviyyədə tanınan peşəkar təşkilatdır. CIPS kvalifikasiyaları satınalma mütəxəssislərinin bilik və bacarıqlarını sistemli şəkildə inkişaf etdirməyə, peşəkar standartları mənimsəməyə və karyera imkanlarını genişləndirməyə yönəlib.
SCM by BMS – Rəsmi CIPS Tədris və İmtahan Mərkəzi
Kvalifikasiya haqqında
Proqram kimlər üçündür? (Who is it for?)
Bu kvalifikasiya satınalma və təchizat sahəsində karyera qurmaq istəyən, əməliyyat funksiyalarında çalışan, həmçinin satınalma fəaliyyətini idarə edən və ya ona nəzarət edən mütəxəssislər üçün uyğundur.
Nələri öyrənəcəksiniz? (What will I learn?)
Proqram iştirakçılara satınalma və təchizat proseslərini təhlil etmək, praktiki və nəzəri bilikləri iş mühitində tətbiq etmək, mürəkkəb və qeyri-standart problemlərə yanaşmaq və satınalma qərarlarının nəticələrini qiymətləndirmək bacarıqları qazandırır.
Qəbul tələbləri (Entry Requirements)
Kredit sistemi (Credit Values)
İmtahan formatları
Tədris və hazırlıq müddəti
Total Exam Time: 15 saat
Bu göstəricilər ayrı-ayrı modullara deyil, bütövlükdə Level 4 kvalifikasiyasına aiddir.
Məcburi modul · 6 kredit · 60 saat ümumi öyrənmə müddəti · OR imtahanı: 1,5 saat
L4M7 — Aktivlərin həyat dövrü üzrə idarə edilməsi
Modul haqqında
Bu modul ehtiyatların saxlanılması, anbar əməliyyatları, ehtiyatlara nəzarət və aktivlərin alınmasından istismar müddətinin sonuna qədər yaranan ümumi xərclərin qiymətləndirilməsini əhatə edir.
Tədris proqramı
1. Ehtiyatların saxlanılması və hərəkəti
1.1. Anbarların təşkili
1.2. Məhsul kodlaşdırılması
1.3. Anbar avadanlıqları
2. Ehtiyatların idarə edilməsi
2.1. Ehtiyat növləri
2.2. Ehtiyatların saxlanılması xərcləri
2.3. Ehtiyatlara nəzarət üsulları
3. Aktivlərin həyat dövrü üzrə xərclər
3.1. Ümumi xərc komponentləri
3.2. Həyat dövrü üzrə xərc modeli
3.3. Davamlı aktiv idarəetməsi
Nəticə
İştirakçılar ehtiyatların idarə edilməsi üsullarını müqayisə etməyi, anbar proseslərini qiymətləndirməyi və aktivlərin bütün həyat dövrü üzrə xərclərini təhlil etməyi öyrənirlər.
Təlim cədvəli qrup yigilanda sizə məlumat verilir. tercume edek