Level 2, M 3

CIPS Level 2 – M3 | Maraqlı tərəflərlə münasibətlər

Stakeholder Relationships

CIPS nədir?

CIPS — Chartered Institute of Procurement & Supply — satınalma və təchizat sahəsində peşəkar bilik və bacarıqların inkişafına xidmət edən beynəlxalq peşəkar institutdur. CIPS kvalifikasiyaları bu sahədə karyerasına başlayan və peşəkarlığını artırmaq istəyən şəxslər üçün sistemli təhsil yolu təqdim edir.

SCM by BMS CIPS tərəfindən rəsmi təsdiqlənmiş tədris mərkəzidir — CIPS Approved Study Centre. Bu status çərçivəsində iştirakçılara CIPS proqramları üzrə biliklərini inkişaf etdirmək və imtahanlara hazırlaşmaq üçün tədris dəstəyi təqdim edirik.

Modul haqqında

  • L2 – M3: Maraqlı tərəflərlə münasibətlər modulu satınalma və təchizat fəaliyyətində daxili və xarici maraqlı tərəflərin rolunu, bu fəaliyyətə təsir edən əsas bazar amillərini və effektiv ünsiyyətin əhəmiyyətini öyrədir.
  • Hər bir təşkilatda satınalma və təchizat funksiyasının əhəmiyyətli bir hissəsi daxili və xarici maraqlı tərəflərlə münasibətlərin qurulması və davam etdirilməsi ilə bağlıdır. Bu modul həmin tərəfləri müəyyənləşdirməyə, bazar amillərinin təsirini anlamağa və uğurlu işgüzar münasibətlər üçün uyğun ünsiyyət vasitə və üsullarından istifadə etməyə yönəlib.

Modulun məqsədi

  • Modulu tamamlayan iştirakçılar maraqlı tərəflər anlayışını izah edə və satınalma və təchizat funksiyasına təsir edən əsas bazar amillərini müəyyənləşdirə biləcəklər.
  • İştirakçılar həmçinin daxili və xarici münasibətlərin uğurla qurulmasında və davam etdirilməsində effektiv ünsiyyətin rolunu izah edə biləcəklər.
  • Tədris zamanı əsas diqqət maraqlı tərəflərin müəyyən edilməsinə, satınalma və təchizat fəaliyyətinin uğuruna təsir edən bazar amillərinin başa düşülməsinə, eləcə də səmərəli əməkdaşlığı təmin edən ünsiyyət vasitə və üsullarının öyrənilməsinə yönəldilir.

Kimlər üçün nəzərdə tutulub?

  • Satınalma və təchizat sahəsində karyerasına yeni başlayanlar;
  • Satınalma və təchizat əməliyyatlarında iştirak edən əməkdaşlar;
  • Təchizatçılar, müştərilər və təşkilatın müxtəlif bölmələri ilə əməkdaşlıq edən şəxslər;
  • Maraqlı tərəflərlə münasibətlərin qurulması və effektiv ünsiyyət üzrə biliklərini inkişaf etdirmək istəyənlər.

Bu modul CIPS Level 2 — Certificate in Procurement and Supply Operations proqramı çərçivəsində maraqlı tərəflərlə münasibətlər və effektiv ünsiyyət üzrə əsas biliklərin formalaşdırılmasına xidmət edir.

İmtahan formatı

  • Cavab seçimi əsasında imtahan — OR (Objective Response)
  • Bu formatda suallara təqdim olunan cavab variantları arasından seçim edərək cavab verirsiniz. Cavablar kompüter vasitəsilə qiymətləndirilir, daha sonra nəticələr CIPS imtahan ekspertləri tərəfindən yoxlanılır.

Kvalifikasiya üzrə ümumi təhsil müddəti (TQT)

  • Ümumi təhsil müddəti kvalifikasiyanı əldə etmək üçün tələb olunan müəllim rəhbərliyi altında tədris, əlavə müstəqil hazırlıq və qiymətləndirməyə ayrılan vaxtın cəmini göstərir.
  • Aşağıdakı göstəricilər bütövlükdə Level 2 kvalifikasiyasına aiddir.
  • Müəllim rəhbərliyi altında tədris saatları (GLH)
  • Level 2 kvalifikasiyası üzrə 120 saat müəllim rəhbərliyi altında tədris nəzərdə tutulur. Bu müddətə mühazirələr, məşğələlər, praktiki dərslər və nəzarət altında aparılan hazırlıq daxildir.
  • Müstəqil hazırlıq tələbi (SSR)
  • Level 2 kvalifikasiyası üzrə əlavə olaraq ən azı 54 saat müstəqil hazırlığa vaxt ayırmaq tövsiyə olunur. Buraya mövzular üzrə əlavə materialların oxunması və öyrənilənlərin təkrarı daxildir.

Kvalifikasiya üzrə ümumi imtahan müddəti: 6 saat

Level 2 kvalifikasiyasının bütün modulları imtahan vasitəsilə qiymətləndirilir. Bütün modullar üzrə imtahanların ümumi müddəti 6 saatdır.

Modul üzrə təhsil müddəti

L2 – M3 üzrə təhsil müddəti: 30 saat.

CIPS Level 2 – M3 | Maraqlı tərəflərlə münasibətlər

Təlim nəticələri, qiymətləndirmə meyarları və mövzu məzmunu

1.0 Satınalma və təchizatda maraqlı tərəfləri tanımaq

1.1 Satınalma və təchizatda xarici maraqlı tərəfləri müəyyən etmək

  • Maraqlı tərəflərin müəyyən edilməsi və onların xüsusiyyətlərinin təhlili
  • Təchizatçılar, müştərilər, istehlakçılar, icmalar, dövlət və digər qruplar kimi tipik maraqlı tərəflər
  • Müştəri və istehlakçı arasındakı fərq

1.2 Təchizatçılardan satınalmalarda və müştərilərə təchizatın həyata keçirilməsində iştirak edə bilən daxili maraqlı tərəfləri müəyyən etmək

  • Marketinq, satış, istehsal, əməliyyatlar, insan resursları, maliyyə, dizayn və inkişaf, distribusiya, bina və infrastrukturun idarə edilməsi, ali rəhbərlik və idarə heyəti kimi digər biznes funksiyaları ilə əməkdaşlıqda satınalma və təchizatın rolu

1.3 Daxili və xarici maraqlı tərəflərin satınalma və təchizat fəaliyyətinə təsirini təsvir etmək

  • Satınalma və təchizat fəaliyyətinə və onun uğuruna təsir göstərə bilən daxili və xarici maraqlı tərəflər

2.0 Satınalma və təchizat funksiyasına təsir edən əsas bazar amillərini bilmək

2.1 Satınalma və təchizat funksiyasına təsir edən əsas iqtisadi sektorları müəyyən etmək

  • Dövlət, özəl və qeyri-kommersiya və ya üçüncü sektor
  • İlkin, ikinci və üçüncü sektorlar

2.2 Tələb və təklifin bazarlara təsirini göstərmək

  • Tələb və təklif əyriləri
  • Tələb və təklif amillərinin necə dəyişə bilməsi
  • Tələb və təklif amillərinin qiymətlərə və məhsul və xidmətlərin mövcudluğuna təsiri

2.3 Bazar amillərinin təşkilatın satınalma və təchizat fəaliyyətinə təsirini təsvir etmək

  • Rəqabətin səviyyəsi: mükəmməl rəqabət, qeyri-mükəmməl rəqabət, oliqopoliya, duopoliya və inhisarlar
  • Tələbin satışlara təsiri
  • Bazarın böyüməsi və daralması
  • Təşkilatlara təsir edən rəqabət qüvvələri

2.4 Müştəri və təchizatçı münasibətlərinin inkişafına marketinqin töhfəsini müəyyən etmək

  • Marketinq anlayışı və əsas prinsipləri
  • Marketinqdə istifadə olunan üsullar
  • Marketinq vasitəsilə əldə edilməsi hədəflənən rəqabət üstünlüyünün mənbələri
  • Marketinq prinsiplərinin satınalma mütəxəssisləri üçün əhəmiyyəti

3.0 Satınalma və təchizatda uğurlu və effektiv ünsiyyət üsullarını anlamaq

3.1 Daxili və xarici maraqlı tərəflərlə qarşılıqlı etimada əsaslanan münasibətlərin qurulması yanaşmalarını təsvir və izah etmək

  • Effektiv satınalma və təchizatı dəstəkləmək üçün daxili maraqlı tərəflərlə münasibətlərin qurulması, davam etdirilməsi və təkmilləşdirilməsi üsulları

3.2 Təchizatçılar və müştərilərlə danışıqların aparılması üsullarını izah etmək

  • Təşkilatın ümumi maraqlarına xidmət edən müqavilə şərtlərinin və münasibətlərin razılaşdırılması üçün təchizatçılar və müştərilərlə danışıqlarda istifadə olunan üsullar

3.3 Ünsiyyət dövrünün bütün elementlərini tanımaq

  • Maraqlı tərəflər və təchizatçılarla uyğun, operativ və vaxtında ünsiyyətin əhəmiyyəti
  • Məqsədəuyğun yazılı yazışmaların hazırlanması
  • Satınalma və təchizat prosesini dəstəkləyən elektron fayl və sənədlərin doldurulması

3.4 Uğurlu və effektiv komanda işinin əsas xüsusiyyətlərini təsvir etmək

  • Qrupun birliyi və fəaliyyət nəticələri
  • Effektiv işçi qrupunun xüsusiyyətləri
  • Komandanın inkişaf mərhələləri

4.0 Satınalma və təchizatda maraqlı tərəflərlə münaqişələrin həlli yanaşmalarını bilmək

4.1 Satınalma mütəxəssisləri ilə təchizatçılar arasında mübadilə edilə bilən məlumat növlərini müəyyən etmək

  • İş və çatdırılma qrafiklərində çətinliklər, tələb proqnozları, xərclər və mövcudluq üzrə tendensiyalar, dizaynlar və innovasiyalar, eləcə də yeni məhsulların hazırlanması haqqında məlumat mübadiləsi

4.2 Satınalma və təchizat fəaliyyətində münaqişələrin necə yarana biləcəyini göstərmək

  • İş yerində münaqişə anlayışı
  • Təşkilat daxilində və əməkdaşlar arasında münaqişələrin mənbələri
  • Təşkilatlarla onların əməkdaşları arasında münaqişələrin mənbələri

4.3 Satınalma və təchizatda maraqlı tərəflərlə münaqişələrin həlli yanaşmalarını müəyyən etmək

  • Münaqişələrin həlli yanaşmaları
  • Rol və məsuliyyətlərin aydınlaşdırılması
  • Qrup birliyinin təmin edilməsi
  • Maraqlı tərəflərin dəstəyinin və razılığının əldə edilməsi

Təlim cədvəli hər qrup üçün fərdi qaydada formalaşdırılır. Qrup komplektləşdikdə təşkilati komanda təlim cədvəli barədə sizə məlumat verəcək.

Digər Təlimlər

Müraciət et

Populyar Təlimlər