ISO 31000:2018 "Risklərin İdarə Edilməsi"

ISO 31000:2018 "Risklərin İdarə Edilməsi"

Əldə ediləcək biliklər:

 

Şirkətin qarşılaşdığı risklərin idarəedilməsinə dair rəhbəredici göstərişləri, o cümlədən risklərin idarə olunması prinsiplərini, həmçinin risklərin idarə olunması proseslərinin şirkətin fəaliyyətinə inteqrasiyası, risklərin səbəb və nəticələrinin, habelə onların təbiətinin, əmələgəlmə mənbələrinin müəyyən edilməsi üzrə biliklər. 

Əldə ediləcək bacarıqlar: 

Şirkətdə risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və minimuma endirilməsi yolu ilə qarşıya qoyulan strateji hədəflərə nail olunmasına, fəaliyyətin səmərəliliyi və davamlı inkişafının təmin edilməsi bacarıqlarının mənimsəməsi. 

 

Təlimçi : Peşəkar ekspert Asif İbrahimov.
Asif İbrahimov — idarəetmə sistemləri üzrə mütəxəssis və müxtəlif sahələrdə ISO standartlarının tətbiqi üzrə məsləhətçi-təlimçidir.

2003–2010-cu illərdə Bakı Slavyan Universitetində bakalavr və magistr təhsili alıb, daha sonra Moskva Dövlət İqtisadiyyat və Statistika Universitetində Strateji İdarəetmə (MBA) üzrə ixtisaslaşıb.

2022–2025-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi üzrə təhsilini davam etdirib.

2018-ci ildən etibarən Bureau De Qualite MMC-də direktor kimi beynəlxalq idarəetmə standartları üzrə məsləhət xidmətləri göstərir.

ISO 9001, ISO 14001, ISO 45001, ISO 22000/FSSC 22000, ISO 37001 (anti-bribery), ISO 10002, ISO 26000, ISO 31000, ISO 21500 və digər standartlar üzrə tətbiq, hazırlıq və audit proseslərini idarə edib.

A-Agro MMC-də (McDonald’s, KFC, Papa John’s və s. brendlərin əsas tədarükçüsü) keyfiyyətə nəzarət üzrə menecer kimi auditlərin təşkili, prosedurların qurulması, risklərin idarə edilməsi, HACCP planı və təchizatçı/müştəri tələblərinə uyğunluq istiqamətində işlər görüb.

Global Construction-da SƏTƏM (EHS) və daxili inkişaf üzrə rəhbər vəzifələrdə çalışaraq ISO 14001 və OHSAS 18001 sistemlərinin tətbiqinə nəzarət edib, daxili audit və risk əsaslı idarəetmə mexanizmlərini qurub.

BSI çərçivəsində ISO 9001:2015 və CE marking üzrə auditor, LRQA xətti ilə ISO 9001/14001/45001/37001 üzrə ekspert kimi peşəkar səriştələrə malikdir.

DOST, Baku Bus, Bakı Nəqliyyat Agentliyi və digər təşkilatlarda inteqrəedilmiş menecment sistemlərinin qurulması və sertifikatlaşdırma auditlərinə hazırlıq üzrə layihələrdə məsləhətçi kimi iştirak edib.

Azərbaycan, Türkiyə, Dubay və Gürcüstanda 200-dən artıq layihədə idarəetmə sistemlərinin tətbiqi üzrə məsləhətçi və təlimçi kimi təcrübəyə sahibdir.
 



 

Təlim auditoriyası: 

 

  • Şirkətin risklərinin qiymətləndirilməsinə cavabdeh olan mütəxəssislər; 
  • Keyfiyyət, ətraf mühit, əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə menecerlər və ya rəhbərliyin səlahiyyətli nümayəndələri və şirkətdə idarəetmə sisteminin daimi təkmilləşdirilməsi üzrə əlavə həllər axtaranlar; 
  • Risklərin idarəedilməsi üzrə əlavə biliklərə sahiblənmək istəyən idarəetmə sistemləri üzrə auditorlar; 
  • Biznes proseslərin sahibləri; 
  • Layihə rəhbərləri və ya menecerləri.
Təlimin proqramı: 

 

  • ISO 31000 standarta uyğun olaraq Risklərin İdarəedilməsi Sistemlərinə giriş 
  • Risklərin idarəedilməsi ilə bağlı əsas anlayışlar və təriflər; 
  • Risklərin idarəedilməsi üzrə standartları və metodologiyalar; 
  • Risklərin idarəedilməsi sisteminin tətbiqi; 
  • Təşkilat və onun kontekstinin anlayışı. 
  • ISO 31000 standartına uyğun olaraq riskin müəyyənləşdirilməsi və qiymətləndirilməsi,risk təhlili, riskin işlənməsi, rısklərin qəbul edilməsi, məlumatlandırması və monitorinqi 
  • Təhlükələrin müəyyənləşdirilməsi; 
  • Riskin təhlili və qiymətləndirilməsi; 
  • Risklərin təsir obyektlərin müəyyənləşdirilməsi; 
  • Riskin qəbulu və qalıq risklərin idarəedilməsi; 
  • Risklər ilə bağlı kommunikasiyanın və məlumatlandırmanın təşkili; 
  • Risklərin monitorinqi və yenidən qiymətləndirilməsi.
Təlim yanaşması: 
  • Nəzəriyə və təcrübədən nümunələr; 
  • Praktiki iş. 

Digər Təlimlər

Müraciət et

Populyar Təlimlər