CIPS (Chartered Institute of Procurement & Supply) satınalma və təchizat sahəsində beynəlxalq peşəkar standartların inkişafını dəstəkləyən təşkilatdır. CIPS kvalifikasiyaları satınalma və təchizat mütəxəssislərinin bilik və bacarıqlarını sistemli şəkildə inkişaf etdirmək üçün nəzərdə tutulub.
Supply Chain Management LLC (SCM by BMS) rəsmi CIPS Approved Study Centre və CIPS Approved Computer-Based Exam Centre statuslarına malikdir (Centre No. 10007367). SCM by BMS CIPS kvalifikasiyalarına hazırlıq üzrə tədris proqramları təqdim edir.
Kvalifikasiya: CIPS Level 3 – Advanced Certificate in Procurement and Supply Operations
Kimlər üçün: Satınalma və təchizat sahəsində ilkin biliklərə malik olan, peşəkar bacarıqlarını inkişaf etdirmək və CIPS Level 4 mərhələsinə hazırlaşmaq istəyən şəxslər.
Nələri öyrənəcəksiniz: Satınalma və təchizat sahəsində faktiki, prosedur və nəzəri biliklərin tətbiqi; müəyyən edilmiş, lakin mürəkkəb ola bilən iş tapşırıqlarının həlli; məlumatların təhlili və nəticələrin qiymətləndirilməsi.
Qəbul tələbləri: Formal qəbul tələbi yoxdur.
Tam kvalifikasiya: 4 məcburi modul və 2 seçmə moduldan 1-i; cəmi 30 kredit.
İmtahan formatı: Objective Response (OR), kompüter vasitəsilə qiymətləndirilən suallar.
Ümumi göstəricilər: 200 GLH, 90 SSR, 300 TQT, 10 saat imtahan müddəti.
L3M5 —Sosial məsuliyyətli satınalma
Seçmə modul · 6 kredit · 60 saat · OR imtahanı: 2 saat
Modul haqqında: Təlim dayanıqlı satınalma, korporativ sosial məsuliyyət, ekoloji təsirlərin azaldılması və sosial məsuliyyət göstəricilərinin ölçülməsinə yönəlib.
Təlimin mündəricatı
1. Dayanıqlılıq və korporativ sosial məsuliyyət
2. Satınalmanın ekoloji təsirləri
3. CSR prinsiplərinin satınalmaya tətbiqi
4. Sosial məsuliyyətin monitorinqi
Təlim cədvəli qrup yigilanda sizə məlumat verilir. tercume edek