Supply Chain Management by BMS çoxsaylı müraciətləri nəzərə alaraq anbar mövzusu barəsində ayrıca, daha geniş və dərin bir konsept hazırladı.
Müasir biznes mühitində anbar və distribyusiya əməliyyatları şirkətlərin rəqabət qabiliyyətinə, müştəri məmnuniyyətinə və maliyyə nəticələrinə birbaşa təsir göstərən strateji funksiyalara çevrilmişdir. Stokların düzgün idarə olunması, sifarişlərin vaxtında və dəqiq icrası, anbar sahəsindən səmərəli istifadə və effektiv distribyusiya şəbəkəsinin qurulması şirkətlərin uğurunda mühüm rol oynayır.
"Müasir Anbar İdarəçiliyi və Distribyusiya Təlimi" iştirakçılara anbar əməliyyatlarının idarə olunması, inventar nəzarəti, distribyusiya mərkəzlərinin fəaliyyəti, nəqliyyat planlaması, KPI-ların qurulması, Lean Warehouse yanaşmaları və müasir texnologiyaların tətbiqi sahəsində praktiki və beynəlxalq təcrübəyə əsaslanan biliklər təqdim edir.
Təlim çərçivəsində iştirakçılar ənənəvi anbar idarəetməsindən Smart Warehouse konsepsiyasına qədər olan bütün mərhələləri öyrənəcək, real biznes nümunələri əsasında əməliyyatların optimallaşdırılması metodları ilə tanış olacaqlar.
Təlim kimlər üçün nəzərdə tutulub?
Bu təlim anbar, logistika və təchizat zənciri sahəsində çalışan və ya bu sahədə karyera qurmaq istəyən şəxslər üçün nəzərdə tutulmuşdur.
Hədəf auditoriya
• Anbar rəhbərləri (Warehouse Managers)
• Anbar supervisorları və növbə rəisləri
• İnventar və stok üzrə mütəxəssislər
• Logistika və təchizat zənciri mütəxəssisləri
• Dağıtım mərkəzi rəhbərləri
• WMS və TMS sistem istifadəçiləri
• Anbar və logistika sahəsində karyera qurmaq istəyən şəxslər
• Sahibkarlar və əməliyyat rəhbərləri
Təlimçi
Turqay Abdullayev, CIPS, IPMA-C, LSSBB
Turqay Abdullayev anbar idarəçiliyi, təchizat zənciri optimallaşdırılması, proseslərin təkmilləşdirilməsi, KPI və performans idarəetməsi sahələrində uzunillik təcrübəyə malik mütəxəssisdir. Hazırda Analitika və Proseslərin Təkmilləşdirilməsi istiqamətində rəhbər vəzifədə fəaliyyət göstərir. Karyerası boyunca anbar əməliyyatlarının optimallaşdırılması, inventar idarəçiliyi, proseslərin rəqəmsallaşdırılması və əməliyyat səmərəliliyinin artırılması layihələrində iştirak etmişdir. Beynəlxalq sertifikatlara malik olan təlimçi praktiki yanaşmaları və real biznes təcrübələrini iştirakçılarla bölüşür.
Təlimin sonunda iştirakçılar
• Gündəlik anbar əməliyyatlarının effektiv idarə edilməsini öyrənəcəklər;
• Stok dəqiqliyinin artırılması, inventar nəzarəti və ehtiyat səviyyələrinin optimallaşdırılması bacarıqlarını əldə edəcəklər;
• Anbar sahəsinin planlaşdırılması, layout hazırlanması və saxlama sistemlərinin seçilməsi üzrə biliklər qazanacaqlar;
• Dağıtım mərkəzlərinin idarə olunması, marşrut planlaşdırılması və nəqliyyat əməliyyatlarının optimallaşdırılması sahəsində bilik əldə edəcəklər;
• KPI-ların qurulması, performans ölçülməsi və əməliyyat səmərəliliyinin artırılması üsullarını mənimsəyəcəklər;
• 5S, Lean Warehouse və Kaizen metodları vasitəsilə israfın azaldılması və məhsuldarlığın artırılması yollarını öyrənəcəklər;
• Anbar təhlükəsizliyi, risklərin idarə olunması və fövqəladə hallar üzrə planların hazırlanmasını öyrənəcəklər;
• Tələb proqnozlaşdırılması, təhlükəsizlik stoku və inventar planlaması üzrə praktik bacarıqlar əldə edəcəklər;
• Smart Warehouse, Süni İntellekt (AI), Machine Learning, IoT və robotlaşdırılmış sistemlərin anbar əməliyyatlarında tətbiqini anlayacaqlar.
Təlimin sonunda iştirakçılar bacaracaqlar
• Anbar proseslərini beynəlxalq təcrübələr əsasında idarə etmək;
• Stok və inventar dəqiqliyini artırmaq;
• Anbar xərclərini azaltmaq və məhsuldarlığı yüksəltmək;
• WMS və TMS sistemlərindən daha effektiv istifadə etmək;
• KPI-lar vasitəsilə performansı ölçmək və təhlil etmək;
• Təhlükəsiz və səmərəli iş mühiti yaratmaq;
• Müasir texnologiyaları və avtomatlaşdırma həllərini biznes proseslərinə tətbiq etmək;
• Smart Warehouse konsepsiyasına uyğun anbarların qurulması və idarə olunması üçün zəruri bilik və bacarıqlara sahib olmaq.
Təlim Proqramı
Modul 1. Anbar Sahəsinin İdarə Olunması
• Anbarın rolu, funksiyaları və növləri
• Anbar əməliyyatlarının idarə olunması
• Məkan və tutumun effektiv idarə edilməsi
• İşçi qüvvəsinin planlaşdırılması
• Anbar heyətinin idarə olunması və məsuliyyət bölgüsü
Modul 2. İnventar və Stok İdarəetməsi
• İnventar və stok anlayışları
• ABC, XYZ və Pareto analizləri
• Stok səviyyələrinin idarə olunması
• Dövri və daimi inventar sayımları
• Stok itkilərinin və uyğunsuzluqların idarə edilməsi
Modul 3. Anbar Layihələndirməsi və Dizaynı
• Anbar dizaynının əsas prinsipləri
• Layout və məhsul axınının planlaşdırılması
• Saxlama sistemlərinin seçilməsi
• Məkan istifadəsinin optimallaşdırılması
• Sıfırdan anbar qurulması
Modul 4. Anbar və Logistika Texnologiyaları (WMS, YMS, TMS)
• WMS (Warehouse Management System)
• Barkod, QR kod və RFID texnologiyaları
• ERP sistemləri ilə inteqrasiya
• Avtomatlaşdırılmış saxlama və toplama sistemləri
• Anbar rəqəmsallaşması və məlumatların idarə olunması
Modul 5. Dağıtım Mərkəzinin və Nəqliyyatın İdarə Olunması
• Dağıtım mərkəzlərinin funksiyaları
• Sifarişlərin emalı və göndərilməsi
• Cross-docking və sürətli paylama əməliyyatları
• TMS və marşrut planlaşdırılması
• Daşıma performansının və çatdırılma səviyyəsinin idarə olunması
Modul 6. KPI və Performans Ölçümləri
• Anbar KPI-larının müəyyənləşdirilməsi
• Məhsuldarlıq və xidmət göstəriciləri
• Xərc və səmərəlilik analizləri
• Dashboard və hesabatların hazırlanması
• Performansın davamlı monitorinqi
Modul 7. Lean Anbar İdarəetməsi və Davamlı Təkmilləşdirmə
• Lean fəlsəfəsinin əsasları
• 5S sisteminin tətbiqi
• İsrafların müəyyənləşdirilməsi və aradan qaldırılması
• Kaizen və davamlı inkişaf metodları
• Proseslərin optimallaşdırılması
Modul 8. Anbar Təhlükəsizliyi, Risk və Mühafizə
• İş sağlamlığı və təhlükəsizlik qaydaları
• Risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi
• Yanğın və fövqəladə hallar planı
• Fiziki təhlükəsizlik və mühafizə sistemləri
• İnformasiya təhlükəsizliyi və risklərin idarə olunması
Modul 9. İnventar Planlaması və Tələbin Proqnozlaşdırılması
• Tələb planlaşdırmasının əsasları
• Proqnozlaşdırma metodları və modelləri
• Təhlükəsizlik stoku və yenidən sifariş nöqtəsi
• Satış, inventar və təchizat balansı (S&OP)
• Planlama səhvlərinin azaldılması
Modul 10. Gələcəyin Anbarı (Smart Warehouse)
• Smart Warehouse konsepsiyası
• Süni İntellekt (AI) və Machine Learning tətbiqləri
• IoT və real vaxt izləmə texnologiyaları
• Robotlaşdırma və avtonom sistemlər
• Davamlılıq və Yaşıl Anbar (Green Warehouse)
Təlim İyul ayından start götürəcək. Təlimin ümumi müddəti 24 saat.
Həftədə 2 dəfə keçiriləcək. 2 saat həftə içi axşamlar. 4 saat isə həftə sonu şənbə günləri keçiriləcəkdir.
Təlim sonunda imtahan təşkil olunur və iştirakçılara sertifikat veriləcəkdir.