Level 2, M2

CIPS Level 2 – M2 | Satınalma və təchizat əməliyyatları

Procurement and Supply Operations

CIPS nədir?

CIPS — Chartered Institute of Procurement & Supply — satınalma və təchizat sahəsində peşəkar bilik və bacarıqların inkişafına xidmət edən beynəlxalq peşəkar institutdur. CIPS kvalifikasiyaları bu sahədə karyerasına başlayan və peşəkarlığını artırmaq istəyən şəxslər üçün sistemli təhsil yolu təqdim edir.

SCM by BMS CIPS tərəfindən rəsmi təsdiqlənmiş tədris mərkəzidir — CIPS Approved Study Centre. Bu status çərçivəsində iştirakçılara CIPS proqramları üzrə biliklərini inkişaf etdirmək və imtahanlara hazırlaşmaq üçün tədris dəstəyi təqdim edirik.

Modul haqqında

  • L2 – M2: Satınalma və təchizat əməliyyatları modulu biznes təşkilatlarının növləri, müqavilələrin bağlanması prosesi və satınalma əməliyyatlarını dəstəkləyən sistemlər haqqında ilkin biliklər formalaşdırır.
  • Hər bir təşkilatda satınalma və təchizat fəaliyyətinin əhəmiyyətli bir hissəsi müqavilələrin bağlanması prosesi ilə bağlıdır. Modul bu prosesin əsaslarını anlamağa, təchizatçılar və müştərilər haqqında məlumat mənbələrini müəyyən etməyə, həmçinin məhsul və xidmətlərin satın alınmasında istifadə olunan qiymətqoyma üsullarını öyrənməyə yönəlib.

Modulun məqsədi

  • Modulu tamamlayan iştirakçılar biznes təşkilatlarının növlərini müəyyən edə, müqavilələrin bağlanması prosesinin əsaslarını və tərkib hissələrini izah edə biləcəklər.
  • İştirakçılar həmçinin təchizatçılar və müştərilər haqqında məlumat mənbələrini müəyyənləşdirə, məhsul və xidmətlərin satın alınmasında tətbiq olunan qiymətqoyma üsullarını təsvir edə, bu üsulların üstünlüklərini və çatışmazlıqlarını fərqləndirə biləcəklər.
  • Tədris zamanı əsas diqqət müqavilələrin bağlanması prosesini dəstəkləyən sistemlərin və prosesin tərkib hissələrinin başa düşülməsinə, məlumat mənbələrindən istifadəyə və qiymətqoyma üsullarının öyrənilməsinə yönəldilir.

Kimlər üçün nəzərdə tutulub?

  • Satınalma və təchizat sahəsində karyerasına yeni başlayanlar;
  • Satınalma və təchizat əməliyyatlarında iştirak edən əməkdaşlar;
  • Təchizatçılar və müştərilər haqqında məlumatlarla işləyən şəxslər;
  • Müqavilələrin bağlanması və qiymətqoyma üsulları üzrə ilkin biliklərini inkişaf etdirmək istəyənlər.

Bu modul CIPS Level 2 — Certificate in Procurement and Supply Operations proqramı çərçivəsində satınalma və təchizat əməliyyatları üzrə əsas biliklərin formalaşdırılmasına xidmət edir.

İmtahan formatı

  • Cavab seçimi əsasında imtahan — OR (Objective Response)
  • Bu formatda suallara təqdim olunan cavab variantları arasından seçim edərək cavab verirsiniz. Cavablar kompüter vasitəsilə qiymətləndirilir, daha sonra nəticələr CIPS imtahan ekspertləri tərəfindən yoxlanılır.

Kvalifikasiya üzrə ümumi təhsil müddəti (TQT)

  • Ümumi təhsil müddəti kvalifikasiyanı əldə etmək üçün tələb olunan müəllim rəhbərliyi altında tədris, əlavə müstəqil hazırlıq və qiymətləndirməyə ayrılan vaxtın cəmini göstərir.
  • Aşağıdakı göstəricilər bütövlükdə Level 2 kvalifikasiyasına aiddir.
  • Müəllim rəhbərliyi altında tədris saatları (GLH)
  • Level 2 kvalifikasiyası üzrə 120 saat müəllim rəhbərliyi altında tədris nəzərdə tutulur. Bu müddətə mühazirələr, məşğələlər, praktiki dərslər və nəzarət altında aparılan hazırlıq daxildir.
  • Müstəqil hazırlıq tələbi (SSR)
  • Level 2 kvalifikasiyası üzrə əlavə olaraq ən azı 54 saat müstəqil hazırlığa vaxt ayırmaq tövsiyə olunur. Buraya mövzular üzrə əlavə materialların oxunması və öyrənilənlərin təkrarı daxildir.

Kvalifikasiya üzrə ümumi imtahan müddəti: 6 saat

Level 2 kvalifikasiyasının bütün modulları imtahan vasitəsilə qiymətləndirilir. Bütün modullar üzrə imtahanların ümumi müddəti 6 saatdır.

Modul üzrə təhsil müddəti

L2 – M2 üzrə təhsil müddəti: 30 saat.

CIPS Level 2 – M2 | Satınalma və təchizat əməliyyatları

Təlim nəticələri, qiymətləndirmə meyarları və mövzu məzmunu

1.0 Təşkilatların növlərini və onların necə fəaliyyət göstərdiyini bilmək

1.1 Biznes təşkilatlarının növlərini müəyyən etmək

  • Özəl, dövlət və üçüncü sektor təşkilatları
  • İstehsal və xidmət təşkilatları

1.2 Təşkilatların necə fəaliyyət göstərdiyini təsvir etmək

  • Təşkilatlarda insanlar, məqsədlər və struktur
  • Formal və qeyri-formal təşkilati quruluş

1.3 Təşkilatların əsas fəaliyyət funksiyalarını müəyyən etmək

  • Təşkilatlarda funksiyaların fərqləndirilməsi və inteqrasiyası
  • İstehsal, əməliyyatlar, marketinq və satış, müştəri dəstəyi, insan resursları, kadr işləri, maliyyə, informasiya texnologiyaları və texniki fəaliyyətlər kimi tipik təşkilati funksiyalar
  • Satınalma və təchizat anlayışlarının fərqləndirilməsi

2.0 Müqavilə razılaşmalarının tərkib hissələrini bilmək

2.1 Müqavilə növlərini müəyyən etmək

  • Birdəfəlik satınalmalar
  • Müəyyən müddət üçün bağlanan müqavilələr
  • Çərçivə sazişləri, ümumi sifarişlər, əvvəlcədən seçilmiş təchizatçılar qrupu ilə müqavilələr və bunlar əsasında verilən ayrıca sifarişlər

2.2 Kommersiya müqavilələrində tətbiq olunan qiymətqoyma mexanizmlərinin növlərini müəyyən etmək

  • Sabit qiymət, ümumi məbləğ əsasında qiymət və vahid qiymətlər cədvəli
  • Xərclərin ödənilməsi və xərc üzərinə əlavə haqqın hesablanması əsasında qiymətqoyma
  • Dəyişən qiymət mexanizmləri
  • Hədəf qiymət mexanizmləri
  • Risk və mükafatın bölüşdürülməsinə əsaslanan qiymətqoyma

2.3 Məhsul və ya xidmətlərin satın alınması və ya təchizatı üzrə müqaviləni təşkil edən sənədləri müəyyən etmək

  • Müqavilə və razılaşma anlayışlarının tərifləri
  • Tenderlərdən və qiymət təkliflərindən istifadə
  • Müqaviləni təşkil edən sənədlər: spesifikasiya, əsas fəaliyyət göstəriciləri (KPI), müqavilə şərtləri, qiymətlər və digər əlavələr
  • Məhsul və ya xidmətlərin təchizatı üzrə müqavilələr

3.0 Təchizatçılar və müştərilər haqqında məlumat mənbələrini anlamaq

3.1 Təchizatçılar və müştərilər haqqında məlumatların tapılmasında internetdən istifadəni izah etmək

  • Təchizatçılar və müştərilər haqqında məlumat əldə etmək üçün internet axtarış sistemlərindən istifadə
  • Təchizatçıların və müştərilərin öz saytlarında təqdim etdikləri məlumat növləri
  • Biznesdən biznesə (B2B) və biznesdən istehlakçıya (B2C) elektron ticarət

3.2 Kredit reytinqi agentliklərindən istifadəni izah etmək

  • Kredit reytinqi agentliklərinin rolu və kredit reytinqi göstəriciləri
  • Ayrı-ayrı təşkilatlar və bazarlar haqqında nəşrlər
  • Kredit reytinqi göstəricilərindən istifadə

3.3 Satınalma və təchizatda istifadə olunan sistemləri təsvir etmək

  • Satınalma sifarişlərinin verilməsi sistemləri
  • Xərclər haqqında məlumatların toplanması və qeydə alınması
  • Təchizatçı və ya müştəri tapmaq üçün portal saytlarından istifadə
  • Təchizatçı məlumat bazası sistemlərinə dair nümunələr

4.0 Məhsul və ya xidmətlərin satın alınmasında istifadə olunan qiymətqoyma üsullarını anlamaq

4.1 Müxtəlif qiymətqoyma üsullarının üstünlüklərini və çatışmazlıqlarını izah etmək

  • Sabit qiymət, ümumi məbləğ əsasında qiymət və vahid qiymətlər cədvəli
  • Xərclərin ödənilməsi və xərc üzərinə əlavə haqqın hesablanması əsasında qiymətqoyma
  • Dəyişən qiymətqoyma
  • Hədəf qiymətqoyma
  • Risk və mükafatın bölüşdürülməsinə əsaslanan qiymətqoyma

Təlim cədvəli hər qrup üçün fərdi qaydada formalaşdırılır. Qrup komplektləşdikdə təşkilati komanda təlim cədvəli barədə sizə məlumat verəcək.

Digər Təlimlər

Müraciət et

Populyar Təlimlər