Level 2, M 5

CIPS Level 2 – M5 | Ehtiyatlar, logistika və çatdırılmaların təqibi

Inventory, Logistics and Expediting

CIPS nədir?

CIPS — Chartered Institute of Procurement & Supply — satınalma və təchizat sahəsində peşəkar bilik və bacarıqların inkişafına xidmət edən beynəlxalq peşəkar institutdur. CIPS kvalifikasiyaları bu sahədə karyerasına başlayan və peşəkarlığını artırmaq istəyən şəxslər üçün sistemli təhsil yolu təqdim edir.

SCM by BMS CIPS tərəfindən rəsmi təsdiqlənmiş tədris mərkəzidir — CIPS Approved Study Centre. Bu status çərçivəsində iştirakçılara CIPS proqramları üzrə biliklərini inkişaf etdirmək və imtahanlara hazırlaşmaq üçün tədris dəstəyi təqdim edirik.

Modul haqqında

L2 – M5: Ehtiyatlar, logistika və çatdırılmaların təqibi modulu ehtiyatların təşkilatdakı rolunu, effektiv logistika nəzarətinin əsaslarını və sifarişlərin vaxtında çatdırılmasını təmin edən fəaliyyətləri öyrədir.

Ehtiyatlar bir çox təşkilat üçün əhəmiyyətli xərc yarada bilər. Modul ehtiyat anlayışını anlamağa, ehtiyatlara effektiv nəzarətin nəzərdən keçirilməsi və planlaşdırılması üzrə müasir üsulları öyrənməyə yönəlib. Eyni zamanda logistika çətinlikləri, nəzarət tədbirləri və çatdırılmaların vaxtında həyata keçirilməsi üçün sifarişlərin izlənməsi məsələlərini əhatə edir.

Modulun məqsədi

  • Modulu tamamlayan iştirakçılar ehtiyatların əsas rolunu müəyyənləşdirə, effektiv logistika nəzarəti ilə bağlı prinsip və prosesləri izah edə biləcəklər.
  • İştirakçılar həmçinin düzgün planlaşdırma və əməliyyatların təşkili vasitəsilə satınalma və təchizatda çatdırılmaların effektiv təqibinin necə təmin olunduğunu izah edə biləcəklər.
  • Tədris zamanı əsas diqqət ehtiyatlara nəzarətin planlaşdırılmasına, logistika proseslərinə nəzarətə və çatdırılmaların vaxtında yerinə yetirilməsini təmin etmək üçün sifarişlərin gedişatının izlənməsinə yönəldilir.

Kimlər üçün nəzərdə tutulub?

  • Satınalma və təchizat sahəsində karyerasına yeni başlayanlar;
  • Ehtiyatların idarə edilməsi və anbar əməliyyatlarında iştirak edən əməkdaşlar;
  • Logistika, sifariş və çatdırılmaların izlənməsi ilə məşğul olan şəxslər;
  • Ehtiyatlara nəzarət, logistika və çatdırılmaların təqibi üzrə ilkin biliklərini inkişaf etdirmək istəyənlər.
  • Bu modul CIPS Level 2 — Certificate in Procurement and Supply Operations proqramı çərçivəsində ehtiyatlar, logistika və çatdırılmaların təqibi üzrə əsas biliklərin formalaşdırılmasına xidmət edir.

İmtahan formatı

  • Cavab seçimi əsasında imtahan — OR (Objective Response)
  • Bu formatda suallara təqdim olunan cavab variantları arasından seçim edərək cavab verirsiniz. Cavablar kompüter vasitəsilə qiymətləndirilir, daha sonra nəticələr CIPS imtahan ekspertləri tərəfindən yoxlanılır.

Kvalifikasiya üzrə ümumi təhsil müddəti (TQT)

  • Ümumi təhsil müddəti kvalifikasiyanı əldə etmək üçün tələb olunan müəllim rəhbərliyi altında tədris, əlavə müstəqil hazırlıq və qiymətləndirməyə ayrılan vaxtın cəmini göstərir.
  • Aşağıdakı göstəricilər bütövlükdə Level 2 kvalifikasiyasına aiddir.
  • Müəllim rəhbərliyi altında tədris saatları (GLH)
  • Level 2 kvalifikasiyası üzrə 120 saat müəllim rəhbərliyi altında tədris nəzərdə tutulur. Bu müddətə mühazirələr, məşğələlər, praktiki dərslər və nəzarət altında aparılan hazırlıq daxildir.
  • Müstəqil hazırlıq tələbi (SSR)
  • Level 2 kvalifikasiyası üzrə əlavə olaraq ən azı 54 saat müstəqil hazırlığa vaxt ayırmaq tövsiyə olunur. Buraya mövzular üzrə əlavə materialların oxunması və öyrənilənlərin təkrarı daxildir.

Kvalifikasiya üzrə ümumi imtahan müddəti: 6 saat

Level 2 kvalifikasiyasının bütün modulları imtahan vasitəsilə qiymətləndirilir. Bütün modullar üzrə imtahanların ümumi müddəti 6 saatdır.

Modul üzrə təhsil müddəti

L2 – M5 üzrə təhsil müddəti: 30 saat.

CIPS Level 2 – M5 | Ehtiyatlar, logistika və çatdırılmaların təqibi

  • Təlim nəticələri, qiymətləndirmə meyarları və mövzu məzmunu

1.0 Ehtiyatlara effektiv nəzarətin əsas elementlərini bilmək

1.1 Müxtəlif ehtiyat növlərinin təsnifatını müəyyən etmək

  • Dövrün əvvəlinə ehtiyatlar, bitməmiş istehsal, sığorta ehtiyatı və hazır məhsullar
  • Köhnəlməkdə olan və istifadəsinə artıq ehtiyac qalmayan ehtiyatlar
  • Birbaşa və dolayı təyinatlı material və təchizatlar
  • Ehtiyatlara tətbiq edilə bilən ABC təsnifatı
  • Asılı və müstəqil tələbə malik ehtiyat növləri

1.2 Ehtiyatların saxlanılması ilə bağlı birbaşa və dolayı xərcləri müəyyən etmək

  • Ehtiyatların saxlanılması ilə əlaqəli birbaşa və dolayı xərclər
  • Xidmət səviyyəsinə mənfi təsirləri azaltmaqla xərclərin aşağı salınması imkanları

1.3 Ehtiyatlara nəzarətdə istifadə olunan üsulları müəyyən etmək

  • Təkrar sifariş miqdarları
  • Təkrar sifariş səviyyələri
  • Material tələbatının planlaşdırılması (MRP) və istehsal resurslarının planlaşdırılması (MRPII)
  • Müəssisə resurslarının planlaşdırılması (ERP)
  • Tam vaxtında təchizat yanaşması — Just in Time (JIT)
  • Barkodlaşdırma
  • Subyektiv və obyektiv proqnozlaşdırma

1.4 Təchiz edilən materialların daşınması, qablaşdırılması və saxlanılması ilə bağlı əsas aspektləri müəyyən etmək

  • Materialların yerdəyişməsi üçün avadanlıqlardan istifadə, paletləmə və vahidləşdirilmiş yüklər, qablaşdırma və qablaşdırma materialları, eləcə də anbar əməliyyatlarında avtomatlaşdırmadan istifadə

2.0 Effektiv logistika nəzarəti ilə bağlı prinsip və prosesləri anlamaq

2.1 Anbarların və saxlama obyektlərinin fəaliyyətinin əsas prinsiplərini müəyyən etmək

  • Ehtiyat axınlarının effektiv və səmərəli təşkili
  • Həyat dövrü üzrə xərclərin azaldılması
  • Sahədən istifadənin optimallaşdırılması

2.2 Yükdaşıma növlərinin üstünlüklərini və çatışmazlıqlarını müəyyən etmək

  • Avtomobil nəqliyyatı
  • Dəmir yolu nəqliyyatı
  • Hava nəqliyyatı
  • Dəniz nəqliyyatı
  • Boru kəməri nəqliyyatı

2.3 Beynəlxalq logistikada Incoterms şərtlərinin növlərini müəyyən etmək

  • E, F, C və D qruplarına aid şərtlər
  • Incoterms qaydaları və onların alqı-satqı müqaviləsinə daxil edilməsi

2.4 Beynəlxalq mənbələrdən satınalmaya təsir edən qanunvericilik tələblərini müəyyən etmək

  • Beynəlxalq mənbələrdən təchizat zamanı qanunvericiliyə və normativ tələblərə uyğunluğun təmin edilməsi

2.5 Yüklərin daşınmasında istifadə olunan sənədləri təsvir etmək

  • Vahid inzibati sənəd — Single Administrative Document (SAD)
  • Qablaşdırma siyahısı, yol vərəqəsi, yük qaimələri və konosament
  • Mənşə sertifikatı
  • Akkreditivlər və ya digər maliyyə sənədləri

3.0 Satınalma və təchizatda çatdırılmaların effektiv təqibinin necə təmin olunduğunu bilmək

3.1 Ehtiyat xərclərinin və ehtiyat çatışmazlığından yaranan xərclərin qiymətləndirilməsini izah etmək

  • Ehtiyat səviyyələrinin izlənməsi, artıq təchizatın qarşısını almaq və ehtiyat çatışmazlığı riskini minimuma endirmək üçün tədbirlərin görülməsi
  • Təchizatın vaxtında həyata keçirilməsi üçün proqnozlaşdırmadan istifadə
  • Çatdırılmaların və müvafiq sənədlərin izlənməsi
  • Proqnozlaşdırmanın tətbiqi, qarşıya çıxan çətinliklər və istifadə olunan üsullar

3.2 Çatdırılmaların təqibi və sürətləndirilməsi ilə bağlı planlaşdırma prosesini izah etmək

  • Problemlərin həlli üsullarından istifadə
  • Əsas mərhələlərin və fəaliyyətlərin planlaşdırılması

3.3 Təchizatçılara ödənişlərin və pul vəsaitlərinin hərəkətinin əhəmiyyətini izah etmək

  • Planlaşdırılmış ödənişlərdən kənarlaşmaların izlənməsi və pul vəsaitlərinin hərəkətindəki çətinliklərdən yarana biləcək fasilələri azaltmaq üçün düzəldici tədbirlərin görülməsi

Təlim cədvəli hər qrup üçün fərdi qaydada formalaşdırılır. Qrup komplektləşdikdə təşkilati komanda təlim cədvəli barədə sizə məlumat verəcək.

Digər Təlimlər

Müraciət et

Populyar Təlimlər