Level 3, M 2

CIPS (Chartered Institute of Procurement & Supply) satınalma və təchizat sahəsində beynəlxalq peşəkar standartların inkişafını dəstəkləyən təşkilatdır. CIPS kvalifikasiyaları satınalma və təchizat mütəxəssislərinin bilik və bacarıqlarını sistemli şəkildə inkişaf etdirmək üçün nəzərdə tutulub.

Supply Chain Management LLC (SCM by BMS) rəsmi CIPS Approved Study Centre və CIPS Approved Computer-Based Exam Centre statuslarına malikdir (Centre No. 10007367). SCM by BMS CIPS kvalifikasiyalarına hazırlıq üzrə tədris proqramları təqdim edir.

 

Kvalifikasiya: CIPS Level 3 – Advanced Certificate in Procurement and Supply Operations

Kimlər üçün: Satınalma və təchizat sahəsində ilkin biliklərə malik olan, peşəkar bacarıqlarını inkişaf etdirmək və CIPS Level 4 mərhələsinə hazırlaşmaq istəyən şəxslər.

Nələri öyrənəcəksiniz: Satınalma və təchizat sahəsində faktiki, prosedur və nəzəri biliklərin tətbiqi; müəyyən edilmiş, lakin mürəkkəb ola bilən iş tapşırıqlarının həlli; məlumatların təhlili və nəticələrin qiymətləndirilməsi.

Qəbul tələbləri: Formal qəbul tələbi yoxdur.

Tam kvalifikasiya: 4 məcburi modul və 2 seçmə moduldan 1-i; cəmi 30 kredit.

İmtahan formatı: Objective Response (OR), kompüter vasitəsilə qiymətləndirilən suallar.

Ümumi göstəricilər: 200 GLH, 90 SSR, 300 TQT, 10 saat imtahan müddəti.

Etik satınalma və təchizat

Məcburi modul · 6 kredit · 60 saat · OR imtahanı: 2 saat

Modul haqqında: Təlim satınalmada etik davranış, əlavə dəyərin yaradılması, təchizatçı seçimi, satınalma prosesinin mərhələləri və əməliyyat nəticələrinin ölçülməsi mövzularını əhatə edir.

Təlimin mündəricatı

1. Satınalmada əlavə dəyərin yaradılması

Value for Money və satınalmanın beş əsas düzgünlük prinsipi

Məhsul və xidmətlərin həyat dövrü xərcləri

Effektivlik, məhsuldarlıq, miqyas iqtisadiyyatı

Keyfiyyət təminatı və sıfır qüsur konsepsiyası

Təchizat müddətlərinin və ehtiyat xərclərinin idarə edilməsi

2. Satınalma prosesinin mərhələləri

Ehtiyacların müəyyənləşdirilməsi

Make-or-buy qərarları

Texniki spesifikasiyalar və KPI-lar

Bazar araşdırması və təchizatçıların qiymətləndirilməsi

Kotirovka və tenderlərin təşkili

Elektron satınalma və müqavilələrin formalaşdırılması

3. Satınalmada etika

CIPS Code of Conduct

Etik davranış kodeksləri

Maraqlar toqquşmasının müəyyənləşdirilməsi və idarə edilməsi

Etik pozuntuların bildirilməsi və qarşısının alınması

4. Əməliyyat nəticələrinin ölçülməsi

Müştəri və maraqlı tərəflərin məmnuniyyəti

Satınalma dövrünün müddəti

Büdcə və faktiki xərclər arasındakı fərqlər

Təkmilləşdirmə tədbirlərinin hazırlanması

Təlim cədvəli qrup yigilanda sizə məlumat verilir. tercume edek

Digər Təlimlər

Müraciət et

Populyar Təlimlər