Procurement Cup 2026
Azərbaycanın ilk satınalma və təchizat zənciri yarışı
Procurement Cup Azerbaijan 2026 satınalma və təchizat zənciri sahəsində çalışan peşəkarları bir araya gətirən komanda əsaslı praktiki yarış formatıdır.
Bu, klassik konfrans, seminar və ya təlim deyil. Burada iştirakçılar yalnız dinləyici olmayacaq — real biznes situasiyalarını təhlil edəcək, qərarlar verəcək, komandaları ilə strategiya quracaq və digər procurement peşəkarları ilə yarışacaqlar.
48 peşəkar. 6 komanda. 1 kubok.
Procurement Cup nə üçün keçirilir?
Procurement Cup-ın əsas məqsədi satınalma sahəsində çalışan mütəxəssisləri fərqli və interaktiv formatda bir araya gətirmək, onların peşəkar bilik və təcrübələrini real biznes qərarları üzərindən sınamaq və sektorlararası networking üçün yeni platforma yaratmaqdır.
Yarış iştirakçılara yalnız bildiklərini nümayiş etdirmək deyil, fərqli şirkət və sektorlardan olan procurement peşəkarlarının yanaşmalarını görmək, birlikdə qərar vermək və öz təcrübələrini yeni situasiyalarda sınamaq imkanı yaradacaq.
Məqsədimiz Procurement Cup Azerbaijan-ı hər il keçirilən və satınalma icmasının gözlədiyi peşəkar yarış platformasına çevirməkdir.
Kimlər iştirak edə bilər?
Procurement Cup açıq kütləvi tədbir formatında nəzərdə tutulmayıb.
Tədbirdə satınalma sahəsində praktiki təcrübəsi olan, müxtəlif şirkət və sektorları təmsil edən peşəkarlar iştirak edəcəklər.
Müraciətlər əvvəlcədən nəzərdən keçiriləcək. İştirakçıların peşəkar təcrübəsi, fəaliyyət sahəsi və profili nəzərə alınaraq 8 nəfərlik balanslaşdırılmış komandalar Təşkilatçı tərəfindən formalaşdırılacaq.
Eyni şirkətdən bir neçə əməkdaş müraciət edə bilər. Yarış balansının qorunması məqsədilə həmin iştirakçılar fərqli komandalarda yerləşdirilə bilərlər.
Yarış necə keçiriləcək?
Procurement Cup komanda əsaslı yarışdır və ümumi nəticə 100 bal üzərindən müəyyən ediləcək.
Procurement Workshop — 50 bal
Komandalar real biznes mühitinə yaxın procurement case üzərində işləyəcək, situasiyaları təhlil edəcək və qərarlar verəcəklər.
“Kim? Nə? Harada?” — 25 bal
Komandaların ümumi bilik, məntiq və sürətini sınayan dinamik yarış mərhələsi.
“Kim? Nə? Harada?” — Supply Chain Edition — 25 bal
Procurement və Supply Chain mövzularına həsr olunmuş xüsusi yarış mərhələsi.
Tədbirin dinamikasına uyğun olaraq yarışın ayrı-ayrı mərhələlərinin formatında və proqramında təşkilati dəyişikliklər edilə bilər.
Peşəkar jüri
Procurement Workshop zamanı komandaların qərar və nəticələri əvvəlcədən müəyyən edilmiş qiymətləndirmə meyarları əsasında peşəkar jüri heyəti tərəfindən qiymətləndiriləcək.
Yarışın bütün mərhələlərindən toplanmış yekun bal nəticəsində ən yüksək nəticə göstərən komanda Procurement Cup Azerbaijan 2026-nın qalibi olacaq.
🏆 Qalib komandanı nə gözləyir?
Procurement Cup Azerbaijan 2026-nın qalibi yalnız yarışın qalibi adını deyil, xüsusi Champion Package əldə edəcək.
Qalib 8 nəfərlik komandanı “Procurement Cup Azerbaijan 2026 — Champion” titulu, tərəfdaş və sponsorlardan xüsusi hədiyyələr və xüsusi “WINNER CERTIFICATE — Procurement Cup Azerbaijan 2026” gözləyir.
Bundan əlavə, Procurement Cup-ın əsas Çempion Kuboku Supply Chain Management-də saxlanılacaq və CUP I — 2026 qaliblərinin adları kubokun xüsusi lövhəsinə həkk olunacaq.
Beləliklə, ilk Procurement Cup qaliblərinin adları yarışın tarixində öz yerini alacaq.
Mükafat paketinin tam tərkibi tədbirə yaxın elan ediləcək.
Tədbir proqramı
09:00 Qeydiyyat və iştirakçıların qarşılanması
10:00 Procurement Cup Azerbaijan 2026 – açılış və yarışın başlanması
11:30–12:00 Coffee Break
12:00 Yarışın davamı
13:30–14:30 Nahar və Networking
14:30 Yarışın davamı
17:00Yekun nəticələr, qalib komandanın elan edilməsi və tədbirin başa çatması
Tarix: 17 oktyabr 2026
Məkan: Dreamland Hotel — White Hall
Qeydiyyat: 09:00
Başlanğıc: 10:00
Bitmə: 17:00
İştirak üçün müraciət
Procurement Cup-da iştirak üçün öncədən müraciət etmək vacibdir.
Formanın doldurulması iştirakın avtomatik təsdiqlənməsi demək deyil. Müraciətlər nəzərdən keçirildikdən sonra uyğun profildə olan namizədlərlə əlaqə saxlanılacaq və iştirakın təsdiqlənməsi üçün növbəti mərhələlər barədə məlumat veriləcək.
Procurement Cup Azerbaijan 2026 — Müraciət et
Yerlər məhduddur.
Organized by
Supply Chain Management







