Supply Chain Management MMC CIPS təsdiqli tədris və imtahan mərkəzi oldu
Supply Chain Management MMC beynəlxalq peşəkar kvalifikasiyalar sahəsində mühüm mərhələyə imza ataraq Chartered Institute of Procurement & Supply (CIPS) tərəfindən rəsmi olaraq “Approved Centre” statusu əldə edib.
CIPS tərəfindən aparılan qiymətləndirmə və təsdiq prosesinin uğurla tamamlanmasının nəticəsi olaraq Supply Chain Management MMC-yə 10007367 nömrəli Approved Centre statusu verilib.
Bu status mərkəzimizə CIPS-in satınalma və təchizat sahəsi üzrə Level 2-dən Level 6-ya qədər kvalifikasiya proqramlarının tədrisini həyata keçirmək imkanı verir. Rəsmi təsdiq aşağıdakı kvalifikasiyaları əhatə edir:

- CIPS Level 2 – Certificate in Procurement and Supply Operations
- CIPS Level 3 – Advanced Certificate in Procurement and Supply Operations
- CIPS Level 4 – Diploma in Procurement and Supply
- CIPS Level 5 – Advanced Diploma in Procurement and Supply
- CIPS Level 6 – Professional Diploma in Procurement and Supply
Bununla yanaşı, Supply Chain Management MMC-nin CIPS Approved Computer-Based Exam Centre olmaq üçün müraciəti də uğurla təsdiqlənib və mərkəzimizə CIPS imtahan mərkəzi statusu verilib.
Bu iki təsdiq nəticəsində Supply Chain Management MMC Azərbaycanda satınalma və təchizat sahəsində beynəlxalq peşəkar inkişaf imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyətini yeni mərhələyə daşıyır.

CIPS nədir?
Chartered Institute of Procurement & Supply (CIPS) satınalma və təchizat sahəsində peşəkar standartların və kvalifikasiyaların inkişafına fokuslanan beynəlxalq peşəkar qurumdur.
CIPS kvalifikasiyaları satınalma və təchizat sahəsində karyera qurmaq, biliklərini sistemləşdirmək və peşəkar inkişafını beynəlxalq kvalifikasiya istiqamətində davam etdirmək istəyən mütəxəssislər üçün müxtəlif səviyyələr üzrə strukturlaşdırılmış inkişaf yolu təqdim edir.
Yeni mərhələ başlayır
Supply Chain Management MMC olaraq uzun illərdir satınalma, logistika, anbar, planlama, müqavilələrin idarə edilməsi və ümumilikdə təchizat zəncirinin idarə edilməsi istiqamətində peşəkar təlim proqramları həyata keçiririk.
CIPS Approved Centre statusunun əldə edilməsi isə fəaliyyətimizin beynəlxalq kvalifikasiya proqramları istiqamətində yeni mərhələsinin başlanğıcıdır.
Yaxın zamanda CIPS kvalifikasiya səviyyələri, proqramların strukturu, qəbul şərtləri, tədris formatı və qeydiyyat prosesi haqqında ətraflı məlumat ictimaiyyətə təqdim ediləcək.
Supply Chain Management MMC
CIPS Approved Centre – No. 10007367
CIPS Approved Computer-Based Exam Centre






