Supply Chain Management by BMS idarəetmə və liderlik haqqında yeni təlim proqramını elan edir.
Bugünkü biznes mühitində yalnız rəhbər olmaq kifayət etmir.
Komandanı yönləndirən, sistemi quran, dəyişiklikləri idarə edən və nəticəni ölçülə bilən edən liderlərə ehtiyac var.
Bu təlim iştirakçılara:
✔ xaosu sistemə çevirməyi
✔ komanda performansını artırmağı
✔ prosesləri sürətləndirməyi
✔ satış və idarəetmə sistemini qurmağı
✔ insan faktorunu düzgün idarə etməyi
✔ adaptiv liderlik refleksini formalaşdırmağı öyrədəcək.
Təlim nəzəriyyədən çox real biznes problemləri, praktiki yanaşmalar və idarəetmə nümunələri üzərində qurulub.
Təlimi bu sahənin peşəkar eksperti Bəxtiyar Bəxtiyarov təqdim edir.

Bəxtiyar Bəxtiyarov idarəetmə, satış, komanda quruculuğu və strateji transformasiya sahəsində uzunillik praktiki təcrübəyə malik peşəkar təlimçi və konsultantdır.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Menecment ixtisası və Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin Təşkili və İdarəedilməsi üzrə magistr proqramını fərqlənmə ilə bitirmişdir. Eyni zamanda Boğaziçi Universitetində Mini MBA proqramını uğurla tamamlamış, layihə idarəçiliyi üzrə İPMA sertifikatı əldə etmişdir.
Peşəkar fəaliyyətinə satış analitikası və layihə idarəçiliyi istiqamətində başlamış, daha sonra beynəlxalq və yerli təşkilatlarla müxtəlif sosial və inkişaf layihələrində təlimçi və layihə konsultantı kimi fəaliyyət göstərmişdir.
2008-ci ildən etibarən bank sektorunda fəaliyyətini davam etdirərək “AccessBank” QSC-də kredit mütəxəssisliyindən başlayaraq komanda rəhbəri, filial müdirinin müavini və filial rəhbəri vəzifələrinə qədər yüksəlmişdir. Mikro, KOB və korporativ bankçılıq sahəsində zəngin idarəetmə və biznes inkişaf təcrübəsinə malikdir. Uzun illər bankın daxili təlim sistemində aktiv təlimçi kimi çıxış etmiş, biznes kreditləri və idarəetmə istiqamətində yüzlərlə mütəxəssisin hazırlanmasında iştirak etmişdir.
Hazırda isə Unibank-da Satış Mərkəzinin rəhbəri vəzifəsində fəaliyyət göstərir. Bu istiqamətdə satış strategiyası, komanda idarəçiliyi, performansın optimallaşdırılması və biznes inkişafı üzrə rəhbərlik edir.
Eyni zamanda Harvard University-də “Exercising Leadership”, MIT-də “Microeconomics”, University of London-da “Managing the Company of the Future”, University of Virginia-da “Digital Business Strategy”, Duke University-də “Agile Strategy for Competitive Advantage”, Copenhagen Business School-da “Strategic Management” və University of Cambridge-də “The Neuropsychology of Decision Making” proqramlarını uğurla tamamlayaraq beynəlxalq sertifikatlar əldə etmişdir.
Son illərdə 100-dən çox şirkətlə strateji idarəetmə, antiböhran yanaşmaları, komanda quruculuğu, düzgün borclanma strategiyası, investisiya cəlbi və biznes transformasiyası istiqamətlərində konsultasiya layihələri həyata keçirmişdir.
Bundan əlavə, CIPE təşkilatçılığı və ABŞ səfirliyinin dəstəyi ilə həyata keçirilən proqram çərçivəsində xanım sahibkarların biznesdə aktivliyinin artırılması məqsədilə maliyyə dəstəyi üzrə təqdim olunan biznes planların qiymətləndirilməsi istiqamətində ekspert-konsultant kimi iştirak etmişdir.
Hazırda müxtəlif şirkətlər üçün effektiv idarəetmə, liderlik, motivasiya, satış, strateji idarəetmə və təşkilati inkişaf istiqamətində praktiki və konsultativ təlimlər həyata keçirir.
Təlim Kimlər Üçündür?
Şirkət rəhbərləri və CEO-lar
Sahibkarlar
Orta və Yuxarı Menecerlər
HR və Təşkilati İnkişaf Rəhbərləri
Satış və Biznes İnkişaf Komandaları
Transformasiya və Dəyişiklik İdarəedən Şəxslər
Təlimin Praktik Nəticələri
Təlimin sonunda iştirakçılar:
✔ Adaptiv və effektiv liderliyin real mahiyyətini anlayacaq
✔ Şirkətdə görünməyən problemləri analiz etməyi öyrənəcək
✔ “Reallıq Audit” modeli ilə sistemi oxuya biləcək
✔ İnsan davranışlarının biznes nəticələrinə təsirini anlayacaq
✔ Komanda müqavimətini idarə etməyi öyrənəcək
✔ Satış sistemini şəxsdən sistemə çevirməyi anlayacaq
✔ Qərarvermə və proses sürətini artırmaq üçün praktik alətlər əldə edəcək
✔ Korporativ mədəniyyətin real təsirini anlayacaq
✔ Nəticəyə fokuslanan idarəetmə düşüncəsi formalaşdıracaq
Təlimin konsepti.
Adaptiv və Effektiv Liderlik
Reallıq Auditi – Problemləri Görməyi Öyrənin
İnsan Faktorunun İdarə Edilməsi
Satış və İdarəetmə Sisteminin Qurulması
Proseslərin Sürətləndirilməsi
Orta Menecmentin Transformasiyası
Korporativ Mədəniyyətin Qurulması
Təlimin müddəti 24 saat.
Təlimin tarixi və cədvəli yaxında elan ediləcəkdir.
Təlimin Praktik Nəticələri
Təlimin sonunda iştirakçılar:
✔ Adaptiv və effektiv liderliyin real mahiyyətini anlayacaq
✔ Şirkətdə görünməyən problemləri analiz etməyi öyrənəcək
✔ “Reallıq Audit” modeli ilə sistemi oxuya biləcək
✔ İnsan davranışlarının biznes nəticələrinə təsirini anlayacaq
✔ Komanda müqavimətini idarə etməyi öyrənəcək
✔ Satış sistemini şəxsdən sistemə çevirməyi anlayacaq
✔ Qərarvermə və proses sürətini artırmaq üçün praktik alətlər əldə edəcək
✔ Korporativ mədəniyyətin real təsirini anlayacaq
✔ Nəticəyə fokuslanan idarəetmə düşüncəsi formalaşdıracaq
Sertifikat:
Təlim iştirakçılar sonda imtahan nəticəsinə görə iştirakçı və ya müvəffəqiyyət sertifikatı ilə təltif ediləcəklər.