Lean Management: İstehsalda qənaət və səmərəlilik

Lean Management: İstehsalda qənaət və səmərəlilik

Lean Management – İstehsalat Sistemlərində Qənaət və Səmərəlilik

Təlimə Giriş

Azərbaycanda istehsalat sektoru sürətlə inkişaf edir.
Lakin artan rəqabət, yüksələn xərclər və bazar təzyiqləri artıq bir reallığı göstərir:

Sadəcə istehsal etmək kifayət deyil.
Səmərəli, sistemli və rəqabətqabiliyyətli istehsal etmək lazımdır.

Lean Management yanaşması müəssisələrə daha az resursla daha çox dəyər yaratmağı, israfı aradan qaldırmağı və davamlı inkişaf mədəniyyəti qurmağı öyrədir.

Bu proqram metodlar toplusu deyil –
istehsalatı strukturlaşdırılmış şəkildə dəyişdirən tam transformasiya modelidir.

 Bu təlimdən nə əldə edəcəksiniz?

  •  İstehsalatda 7+1 israf növünü müəyyən edib aradan qaldırmağı
  •  Axın əsaslı istehsal qurmağı və darboğazları analiz etməyi
  •  JIT və Kanban sistemləri ilə stokları optimallaşdırmağı
  •  SMED ilə sazlama vaxtlarını azaltmağı
  •  Problemlərin kök səbəbini taparaq qalıcı həll tətbiq etməyi
  •  KPI əsaslı performans idarəetmə sistemi qurmağı
  •  TQM ilə keyfiyyət mədəniyyəti formalaşdırmağı
  •  TPM ilə avadanlıq səmərəliliyini artırmağı və OEE-ni yüksəltməyi
  •  Lean transformasiyasının yol xəritəsini hazırlamağı

Ən əsası:

  • İnsanlardan asılı olmayan, sistem üzərində işləyən istehsalat modeli qurmağı öyrənəcəksiniz.

 Kimlər üçün nəzərdə tutulub?

  • Bu proqram aşağıdakılar üçün idealdır:
  • Zavod və istehsalat rəhbərləri
  • Sex müdirləri və əməliyyat menecerləri
  • Texniki və baxım şöbəsi rəhbərləri
  • Proses və keyfiyyət mühəndisləri
  • Logistika və planlama mütəxəssisləri
  • Lean transformasiyasına başlamaq istəyən şirkət rəhbərləri

Qısaca:

  • İstehsalatda nəticəyə cavabdeh olan və sistemi dəyişmək istəyən hər kəs üçün.

 

Təlimçilər

 

Tərxan Abdullayev

Lean Six Sigma Black Belt sertifikatlı mütəxəssisdir.
Azersun Holding tərkibində fəaliyyət göstərən 19 fabrikin Lean və WCOM transformasiya proseslərini birbaşa tətbiq və idarə etmişdir. Müəssisələrdə Kaizen komandalarının formalaşdırılması və davamlı təkmilləşdirmə mədəniyyətinin qurulmasını təmin etmiş, Dəyər Axını Xəritələndirmə (VSM) layihələrini metodoloji əsaslarla həyata keçirmişdir.

Strateji və əməliyyat səviyyəsində KPI sistemlərini dizayn və implementasiya etmiş, OEE (Overall Equipment Effectiveness) ölçmə və idarəetmə sisteminin qurulmasına rəhbərlik etmişdir. OEE tətbiqi, FMEA, Standard Work, Kök Səbəb Analizi (RCA) və strukturlaşdırılmış problem həll etmə metodologiyalarının real istehsalat mühitində tətbiqi üzrə geniş praktiki və liderlik təcrübəsinə malikdir.

İstehsalat itkilərinin sistemli şəkildə ölçülməsi, analiz edilməsi və azaldılması istiqamətində çoxsaylı xərc optimallaşdırma layihələrini icra etmişdir. Lean alətlərinin yalnız nəzəri deyil, faktiki istehsalat mühitində nəticəyönümlü tətbiqi üzrə ixtisaslaşmışdır və davamlı performans artımı təmin etmişdir.

 Arzu Mahmudov

Keyfiyyət və TQM üzrə rəhbər ekspert

Sənaye mühəndisidir və Azersun Holding-də uzunmüddətli rəhbər təcrübəyə malikdir. Keyfiyyət Təminatı Direktoru və Departament Müdiri vəzifələrində çalışaraq daxili və xarici audit sistemlərini qurub. ISO 9001, ISO 22000, ISO 31000 və digər beynəlxalq standartlar üzrə sertifikatlı auditordur. Tədarükçü keyfiyyətinin inkişafı və davamlı yaxşılaşdırma layihələrinə rəhbərlik edib. Keyfiyyət mədəniyyətinin təşkilat səviyyəsində formalaşdırılması üzrə praktik təcrübəyə malikdir.

 Natiq Məmmədov

TPM və istehsalat rəhbərliyi üzrə praktik lider

Sənaye mühəndisidir və uzun illər fabrik direktoru, TPM müdiri və texniki rəhbər vəzifələrində çalışıb. Azersun Holding və digər iri istehsalat müəssisələrində OEE, TPM, Hoshin Kanri və Lean sistemlərinin qurulmasında iştirak edib. Avadanlıq səmərəliliyi, enerji qənaəti və itkilərin azaldılması üzrə geniş təcrübəyə malikdir. KPI sistemlərinin qurulması və əməliyyat mükəmməlliyinin inkişafı sahəsində praktiki rəhbərlik edib. Toyota İstehsal Sistemi və Yalın istehsal metodlarının tətbiqi üzrə real fabrik təcrübəsi var.

 Nəticə

Bu proqram:

Lean fəlsəfəsini başa düşmək üçün deyil, onu tətbiq etmək üçün hazırlanıb.

Əgər məqsədiniz:

  • Xərcləri azaltmaq
  • Keyfiyyəti sabitləşdirmək
  • Avadanlıqda boş dayanmaları aradan qaldırmaq
  • İstehsalatı sistemli idarə etməkdirsə

bu proqram sizin üçündür.

LEAN METODOLOGİYASI -TƏRXAN ABDULLAYEV- 27 saat.

Yalın İstehsala Giriş (4,2 saat)

İsrafı aradan qaldırmaq və daha az resursla daha çox dəyər yaratmağı öyrənmək

  • Lean fəlsəfəsinin tarixi və inkişafı
  • Müştəri dəyəri anlayışı
  • 7+1 İsraf növləri (Muda)
  • Axın (Flow) və Çəkmə (Pull) prinsipi
  • Dəyər əsaslı düşüncə sistemi
  • PDCA (Plan-Do-Check-Act) dövrü
  • Lean mədəniyyəti

5S Metodologiyası (2,5 saat)
Iş mühitini sistemli və səmərəli təşkil edərək məhsuldarlığı artırmaq.

  • 5S nədir?
  • 5S audit sistemi
  • Vizual idarəetmə

Kaizen Fəlsəfəsi (3 saat)

Davamlı təkmilləşdirmə mədəniyyəti qurmaq və kiçik addımlarla böyük nəticələr əldə etmək.

  • Kaizen fəlsəfəsi və prinsipləri nədir?
  • Öncəsi-Sonrası Kaizen
  • Təklif sistemi 

VSM – Dəyər Axın Xəritəsi (2,75 saat)

Proseslərdəki gizli itkiləri aşkar etmək və dəyər axınını optimallaşdırmaq.

  • Cari vəziyyət xəritəsinin hazırlanması
  • Takt time anlayışı
  • Lead time və Cycle time
  • Material və informasiya axını
  • Darboğazların (Bottleneck) analizi

JIT – Tam Zamanında İstehsal (4,5 saat)

Ehtiyatları minimuma endirmək və doğru zamanda doğru istehsal etmək.

  • Çəkmə sistemi (Kanban)
  • Axın balansı və darboğazların aradan qaldırılması
  • Standard Work (Standart İş)
  • İş təlimatlarının hazırlanması
  • Sıfır qüsur yanaşması (Poka-Yoke)
  • Heijunka (istehsalın balanslaşdırılması)
  • FİFO nədir?

Kobetsu Kaizen & A3 Raporlama (3 saat)

Strateji problemləri strukturlaşdırılmış analizlə həll etmək və davamlı inkişaf təmin etmək.

  • A3 hesabat strukturu
  • Kobetsu Kaizen Nədir?
  • SMART hədəf nədir?

RCA və Problem Həll Metodları (3 saat)

Problemin kök səbəbini müəyyən etmək və qalıcı həllər tətbiq etmək.

  • Kök səbəb analizi necə aparılır?
  • Problem həll metodları hansılardır və hansı metod harda istifadə edilməlidir?
  • FMEA (Risk analizi)
  • Seçim Matriksi
  • SWOT Analizi

SMED (2 saat)

Sazlama və format dəyişmə vaxtlarını radikal şəkildə azaltmaq, dayanma müddətlərini minimuma endirmək və daha çevik, sürətli və rəqabətqabiliyyətli istehsal sistemi qurmaq.

  • SMED nədir?
  • ERCS nədir?
     

KPI – Əsas Performans Göstəriciləri (3 saat)

Performansı düzgün ölçmək və nəticəyə yönəlik idarəetmə sistemi qurmaq.

  • KPI və metrik fərqi
  • SMART hədəflər
  • Departamentlərə görə KPI-lar
  • Vizual performans lövhələri



ÜMUMİ KEYFİYYƏT İDARƏ ETMƏSİ -ARZU MAHMUDOV- 2 saat

 TQM – Ümumi Keyfiyyət İdarəetməsi  (2 saat)
  Təşkilatda ümumi keyfiyyət mədəniyyəti formalaşdırmaq və mükəmməlliyə doğru inkişaf etməklə müştəri məmnuniyyətini qazanmaq.

  •  Keyfiyyət anlayışı
  •  TQM-in 8 prinsipi
  •  Keyfiyyət çəmbərləri
  •  Keyfiyyət KPİ-ları



TPM VƏ LEAN KEÇİD STRATEGİYALARI -NATİQ MƏMMƏDOV- 5 saat

TPM – Total Productive Maintenance -2.5 saat.
Avadanlıqların dayanmasız və maksimum səmərəliliklə işləməsini təmin etməklə istehsalat itkilərini azaltmaq, texniki bölmənin performansını artırmaq və OEE göstəricilərini yüksəltmək üçün sistemli baxım və idarəetmə yanaşmasının qurulması.

  • Qoruyucu baxım
  • Düzəldici baxım
  • Önləyici  baxım
  • Nasazlıq baxımı
  • Texnik bölmə KPİ ları
  • MTTR, MTBF, OEE
  • Kritik avadanlıq dəyərləndirmə



Yalın keçid yol xəritəsi -2.5 saat
Təşkilatda Lean transformasiyasının mərhələli şəkildə planlaşdırılması, prioritetlərin müəyyən edilməsi və davamlı inkişaf mədəniyyətinin sistemli şəkildə qurulması üçün strateji yol xəritəsinin hazırlanması.

  • Yalın yayılma və genişlımə strategiyası
  • Yalın və Performans idarə etmə sistemi.



İMTAHAN -2 SAAAT

 

 

Təlim Aprel ayının əvvəlindən start götürəcək.  Təlim həftədə 8 saat olmaqla 5 həftə müddətində davam edəcək.  Təlim həftə içi  iki dəfə axşam saatlarında 19:15-21:15 də, Həftə sonu isə 4 saat müddətində olacaq. Dəqiq təlim cədvəli qeydiyyatdan keçdikdə göndəriləcək.

Digər Təlimlər

Müraciət et

Populyar Təlimlər