10 ildir ki, peşəkar fəaliyyəti ilə təlim sektorunun öncül şirkətlərindən olan "Business Management School" MMC “Satınalmaçılar üçün Danışıqların İdarə Edilməsi” təlimini elan edir.
“Satınalmaçılar üçün Danışıqların İdarə Edilməsi” təlimi iştirakçılara müxtəlif iş və şəxsi situasiyalarda uğurlu nəticələr əldə etmək üçün danışıq bacarıqları, strategiyaları və texnikalarını öyrətmək üçün nəzərdə tutulub. Bu proqram iştirakçılara danışıqların əsas prinsiplərini anlamağa, praktiki tapşırıqlar və hadisə təhlilləri vasitəsilə bacarıqlarını artırmağa kömək edəcək.
Təlimin ümumi müddəti 12 saatdır.
Təlim 10:00-dan 14:00-a kimi ,həftənin şənbə günləri tədris edilir.
Təlim 3 dərs, 3 həftə davam edir.