Uyğunluq idarəetmə sistemi

Uyğunluq idarəetmə sistemi

Supply Chain Management by BMS öz yeni təlim məhsulunu elan edir.
İSO 37301:2021 Uyğunluq idarəetmə sistemi.
(Compliance management systems-Requiremenets with guidance for use) 



Təlimçi : Peşəkar ekspert Asif İbrahimov.
Asif İbrahimov — idarəetmə sistemləri üzrə mütəxəssis və müxtəlif sahələrdə ISO standartlarının tətbiqi üzrə məsləhətçi-təlimçidir.

  • 2003–2010-cu illərdə Bakı Slavyan Universitetində bakalavr və magistr təhsili alıb, daha sonra Moskva Dövlət İqtisadiyyat və Statistika Universitetində Strateji İdarəetmə (MBA) üzrə ixtisaslaşıb.
  • 2022–2025-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi üzrə təhsilini davam etdirib.
  • 2018-ci ildən etibarən Bureau De Qualite MMC-də direktor kimi beynəlxalq idarəetmə standartları üzrə məsləhət xidmətləri göstərir.
  • ISO 9001, ISO 14001, ISO 45001, ISO 22000/FSSC 22000, ISO 37001 (anti-bribery), ISO 10002, ISO 26000, ISO 31000, ISO 21500 və digər standartlar üzrə tətbiq, hazırlıq və audit proseslərini idarə edib.
  • A-Agro MMC-də (McDonald’s, KFC, Papa John’s və s. brendlərin əsas tədarükçüsü) keyfiyyətə nəzarət üzrə menecer kimi auditlərin təşkili, prosedurların qurulması, risklərin idarə edilməsi, HACCP planı və təchizatçı/müştəri tələblərinə uyğunluq istiqamətində işlər görüb.
  • Global Construction-da SƏTƏM (EHS) və daxili inkişaf üzrə rəhbər vəzifələrdə çalışaraq ISO 14001 və OHSAS 18001 sistemlərinin tətbiqinə nəzarət edib, daxili audit və risk əsaslı idarəetmə mexanizmlərini qurub.
  • BSI çərçivəsində ISO 9001:2015 və CE marking üzrə auditor, LRQA xətti ilə ISO 9001/14001/45001/37001 üzrə ekspert kimi peşəkar səriştələrə malikdir.
  • DOST, Baku Bus, Bakı Nəqliyyat Agentliyi və digər təşkilatlarda inteqrəedilmiş menecment sistemlərinin qurulması və sertifikatlaşdırma auditlərinə hazırlıq üzrə layihələrdə məsləhətçi kimi iştirak edib.
  • Azərbaycan, Türkiyə, Dubay və Gürcüstanda 200-dən artıq layihədə idarəetmə sistemlərinin tətbiqi üzrə məsləhətçi və təlimçi kimi təcrübəyə sahibdir.
     

Təlimin məqsədi:

İştirakçıkları İSO 37301:2021 Uyğunluq idarəetmə sistemi mövzusunda maarifləndirmək.Təlimin sonunda iştirakçılar İSO 37301:2021 Uyğunluq idarəetmə sistemi. mövzusunun əsasları və tətbiq edilən yanaşmaları və standartın tələblərini dərk etmiş olacaq, eyni zamanda sistemin necə işlədiyini, necə tətbiq ediləcəyini və təkmilləşdirmə metodologiyasını öyrənmiş olacaqlar.


 

Təlimin sonunda iştirakçı:

  • İSO 37301 tələblərini maddə-maddə izah edə biləcək
  • Təşkilat üçün UİS qurmaq yol xəritəsi hazırlayacaq
  • Sertifikasiya auditinə hazır olacaq
  • Compliance risklərini sistemli idarə edə biləcək

 

MODUL 1. Uyğunluq (Compliance) anlayışı və İSO 37301-in mahiyyəti və əhəmiyyəti

  • İSO haqqında
  • Uyğunluq nədir və niyə vacibdir?
  • Compliance vs hüquqi uyğunluq
  • İSO 37301:2021-in yaranma səbəbi
  • İSO 19600-dan əsas fərqlər
  • İSO 37301-in digər ISO-larla inteqrasiyası (9001, 37001, 31000)
  • Praktik müzakirə: Azərbaycanda bu sahə üzrə problər,dünya praktikası

MODUL 2. Standartın strukturu və əsas prinsipləri

  • Annex SL (əlavələr) strukturu
  • Risk əsaslı yanaşma
  • Etika, dürüstlük və şəffaflıq prinsipləri
  • “Tone from the top” anlayışı

MODUL 3. Kontekstin müəyyən edilməsi (Maddə 4)

  • Daxili və xarici amillərin təhlili
  • Güclü və zəif tərəflərin təhlili
  • Maraqlı tərəflər və onların gözləntiləri
  • Uyğunluq öhdəliklərinin identifikasiyası
  • Uyğunluq sahəsinin (scope) müəyyən edilməsi
  • Workshop: Uyğunluq öhdəliklərinin xəritələnməsi
  • Praktiki məşğələ 1: Güclü və Zəif tərəflərin,daxili və xarici faktorların təhlili
  •  Praktiki məşğələ 2: Proseslərin təyini,sinifləndirilməsi və uyğunlaşdırılması
  • Praktiki məşğələ 3: Əhəmiyyətli maraqlı tərəflər 


 

MODUL 4. Liderlik və məsuliyyət (Maddə 5)

  • İdarə heyətinin rolu
  • Üfüqi və şaquli məsuliyyətin bölüşdürülməsi
  • Uyğunluq siyasətinin hazırlanması
  • “Compliance Officer” və “Compliance Komitəsi”
  • Müstəqillik və səlahiyyət məsələləri
  •  Nümunə sənəd: Uyğunluq Siyasəti (Compliance policy)
  • Praktiki məşğələ 1: Səlahiyyətlərin bölüşdürülməsi


 

MODUL 5. Planlaşdırma və uyğunluq riskləri (Maddə 6)

  • Uyğunluq risklərinin identifikasiyası,sinifləndirilməsi
  • Risklərin qiymətləndirilməsi metodları
  • Maraqların toqquşması
  • Uyğunluq məqsədləri və KPI-lar
  • Dəyişikliklərin idarə edilməsi
  • Praktiki məşğələ 1: Risklərin qiymətləndirilməsi
  •      Praktiki məşğələ 2: Dəyişikliklərin idarə edilməsi

MODUL 6. Dəstək və əməliyyatlar (Maddə 7–8)

  • Resursların təmin edilməsi
  • Maarifləndirmə və təlim
  • Daxili və xarici kommunikasiya
  • Sənədləşmə və prosedurlar
  • Uyğunluq nəzarət mexanizmləri
  • Satınalmaların idarəolunması, Tədarükçülərin seçilməsi və qiymətləndirilməso

 

Nümunə sənəd: Uyğunluq proseduru, İnsan Resurslarının idarəolunması,Təlim proseduru,Satınalma proseduru, Resurs təminat,infrastruktur,iş mühiti prosedurları,Əməliyyatların idarəolunması

MODUL 7. Monitorinq, audit və araşdırmalar (Maddə 9)

  • Uyğunluğun ölçülməsi
  • Daxili auditin təşkili
  • Uyğunsuzluqlar və pozuntuların araşdırılması
  • Rəhbərlik tərəfindən təhlil
  • Whistleblowing mexanizmi
  • Real ssenari: Şikayət daxil olduqda nə etməli?
  • Praktiki tapşırıq:  Daxili audit planlaşdırılması,auditin keçirilməsi və Audit hesabatının hazırlanması
  • Nümunə sənəd: Audit proseduru, Məlumatların təhlili proseduru


 

MODUL 8. Təkmilləşdirmə və davamlı inkişaf (Maddə 10)

  • Düzəldici (korrektiv) fəaliyyətlər
  • Davamlı yaxşılaşdırma
  • Uyğunluq mədəniyyətinin formalaşdırılması
  • Nümunə sənəd: Uyğunsuzluqların idarəolunması, Düzəldici fəaliyyət proseduru, Dəyişikliklərin idarəolunması proseduru.

Təlimin cədvəli yaxın zamanda elan olunacaq.

Digər Təlimlər

Müraciət et

Populyar Təlimlər